Futbol üzrə Topaz Premyer Liqasının 2017-2018-ci il mövsümünün ikinci yarısında yeni rekord müəyyənləşib. Belə ki, cari ildə bir matçda ən çox tamaşaçı Gəncədə keçirilən “Kəpəz”–“Səbail” matçında (2:1) qeydə alınıb. Həmin görüşü stadionda 5332 tamaşaçı izləyib.Peşəkar Futbol Liqasından (PFL) Azərtac-a bildiriblər ki, buna qədər keçirilən üç turda ən yaxşı halda 2000 tamaşaçı qeydə alınmışdı. Bu baxımdan XV turda “Neftçi”–“Kəpəz” və XVII turda “Keşlə”–“Sumqayıt” matçları fərqlənmişdi. Sonuncu – XVIII turda “Qəbələ”–“Neftçi” qarşılaşmasını 3 min tamaşaçı izləyib.Mövsümün rekordu isə XI turda “Kəpəz”–“Qarabağ” matçında qeydə alınıb (13 min 300 tamaşaçı).Qeyd edək ki, 2018-ci ilin rekordu “Kəpəz”in iki uğursuz seriyanı qırması ilə üst-üstə düşüb. Gəncə təmsilçisi ardıcıl 7 məğlubiyyətdən sonra həm xal, həm qələbə həsrətinə son qoyub. Qərblilər sonuncu dəfə 126 gün əvvəl – oktyabrın 28-də keçirilən X turda “İnter”lə səfər oyununda qalib gəlmişdi – 2:0.Cari mövsümdə öz meydanında xal qazanmayan “Kəpəz” 7 matçlıq məğlubiyyət seriyasını qırıb. Gəncə təmsilçisi ötən il aprelin 29-da “İnter”i 1:0 hesabı ilə məğlub edəndən 308 gün sonra doğma azarkeşləri önündə xal qazanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…