Futbol üzrə Türkiyə çempionatının XIV turu çərçivəsində

25 Dekabr 2020 13:59

Xəbər 483 dəfə oxunub

Dekabrın 24-də futbol üzrə Türkiyə çempionatının XIV turu çərçivəsində keçirilən qarşılaşmada “Beşiktaş” səfərdə “Ankaragücü”nün qonağı olub.Azərtac xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüş İstanbul təmsilçisinin minimal hesablı qələbəsi ilə bitib – 0:1. “Beşiktaş”ın yeganə qolunu Damaqoy Vida vurub.Günün digər matçında isə “Konyaspor” səfərdə “Kayserispor”u 1:2 hesabı ilə üstələyib. “Sivasspor” isə öz meydanında “Gənclərbirliyi”ni 3:1 hesabı ilə məğlub edib. “Rizəspor”da “Antalyaspor”a 2:1 hesabı ilə qalib gəlib.Turun yekun nəticələrinə görə turnir cədvəlinə 27 xalla “Alanyaspor” başçılıq edir. 26 xal toplayan “Qalatasaray” və “Fənərbağça” klubları müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar.Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XIV turda “Fateh Karagümrük” istirahət edir.xeber100.com