Futbol üzrə Türkiyə çempionatının XXVI turunun üçüncü gün qarşılaşmasında

22 Fevral 2021 08:42

Xəbər 479 dəfə oxunub

Fevralın 21-də futbol üzrə Türkiyə çempionatının XXVI turunun üçüncü gün qarşılaşmasında “Fənərbağça” doğa meydanda “Göztəpə”ni qəbul edib.Azərtac xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul təmsilçisi rəqibinə minimal hesabla məğlub olub. “Göztəpə”nin yeganə qolunu 9-cu dəqiqədə Halil Akbunar vurub.Günün digər matçında isə “Sivasspor” doğma meydanda “Kayserispor”un qapısından iki cavabsız top keçirib. “Hatayspor” isə səfərdə “Ərzurumspor”a 1:3 hesabı ilə qalib gəlib. “Dənizlispor” – “Gənclərbirliyi” matçında isə qapılara qol vurulmayıb – 0:0.Tura bu gün keçiriləcək “Ankaragücü” – “Rizəspor” görüşü ilə yekun vurulacaq.Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 54 xalla “Qalatasaray” başçılıq edir. İkinci pillədə 51 xal toplayan “Beşiktaş”, üçüncü pillədə isə onunla eyni xala malik olan “Fənərbağça” qərarlaşıb.Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXVI turda “Beşiktaş” istirahət edir.xeber100.com