Martın 21-də futbol üzrə Türkiyə çempionatının XXXI turu çərçivəsində İstanbul derbisi keçirilib.Azərtac xəbər verir ki, “Beşiktaş” doğma meydanda “Fənərbağça”nı qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı meydan sahiblərinin müdafiəçisi Damaqoy Vida açıb. Lakin oyunun 89-cu dəqiqəsində Ozan Tufan hesabı bərabərləşdirərək komandasını məğlubiyyətdən xilas edib.Beləliklə, “Beşiktaş” – “Fənərbağça” matçında qalib müəyyənləşməyib.Günün digər matçında “Antalyaspor” doğma meydanda “Ərzurumspor”u 3:1 hesabı ilə məğlub edib. “Konyaspor” öz meydanında “Alanyaspor” minimal hesabla üstələyib – 1:0. “Dənizlispor” – “Başakşəhər” qarşılaşmasında isə qapılara qol vurulmayıb.Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 64 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 61 xal toplayan “Qalatasaray”, üçüncü pillədə isə 59 xalla “Fənərbağça” qərarlaşıb.Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXXI turda “Hatayspor” istirahət edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…