Futbol üzrə Türkiyə çempionatının XXXVIII turu çərçivəsində

28 Aprel 2021 10:57

Xəbər 594 dəfə oxunub

Aprelin 28-də futbol üzrə Türkiyə çempionatının XXXVIII turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray” doğma meydanda “Konyaspor”u qəbul edib.Azərtac xəbər verir ki, görüşdə meydan sahibləri minimal hesabla qələbə qazanıblar. İstanbul təmsilçisinin yeganə qolunu Emre Akbaba vurub.Günün digər qarşılaşmasında “Beşiktaş” səfərdə “Rizəspor”u 3:2 hesabı ilə məğlub edib. “Kayserispor” doğma divarlar arasında “Dənizlispor”u 6:3 hesabı ilə darmadağın edib. “Fatih Karagümrük” – “Antalyaspor” matçı 2:2, “Göztəpə” – “Trabzonspor” görüşü isə 1:1 hesablı bərabərliklə bitib.Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 78 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 72 xal toplayan “Qalatasaray”, üçüncü pillədə isə onunla eyni xala malik olan “Fənərbağça” qərarlaşıb.Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır.xeber100.com