Futbol üzrə Türkiyə kubokunun yarımfinal mərhələsində

26 Aprel 2019 12:24

Xəbər 590 dəfə oxunub

Aprelin 25-də futbol üzrə Türkiyə kubokunun yarımfinal mərhələsinin sonuncu cavab qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, “Yeni Malatya” stadionunda baş tutan matçda “Yeni Malatyaspor” “Qalatasaray”ı qəbul edib. Görüş qonaqların böyükhesablı qələbəsi ilə başa çatıb – 2:5.Fatih Terimin yetirmələrindən Martin Linnes, Sofian Fequli, Henri Onyekuru (2 qol) və Kostas Mitroqlu fərqləniblər. Meydan sahiblərinin qollarına isə Daniel Aleksis və Arturo Mina imza atıblar.İlk oyunda qapılara qol vurulmadığından (0:0), bu hesab İstanbul təmsilçisini finala çıxarıb.Qeyd edək ki, “Qalatasaray”ın finaldakı rəqibi kubokun son qalibi “Akhisarspor” olacaq.xeber100.com