Futbol üzrə Türkiyə Superliqasının beşinci turunda “Fənərbağça” komandası səfərdə “Konyaspor”la qarşılaşıb.Azərtac xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.Oyunda yeganə qolu meydan sahiblərinin qapısından matçın 67-ci dəqiqəsində “Fənərbağça”nın futbolçusu Elif Elmas keçirib. Beləliklə Türkiyə futbolunun liderlərindən biri “Fənərbağça” yeni mövsümdə çempionatda üç ardıcıl məğlubiyyətdən sonra beşinci turda qalib gəlib.Bu qələbə sayəsində fənərbağçalılar xallarının sayını 6-ya çatdıraraq lider “Qalatasaray”la arasındakı xal fərqini azaldıb.Qeyd edək ki, bu turda keçirilmiş oyunlarda çempionluğa iddialı komandalardan “Qalatasaray”, “Beşiktaş” və Başakşehir” rəqiblərini məğlub edərək üç xala sahib olublar.Tura “Alanyaspor”- “Trabzonspor” görüşü ilə yekun vurulacaq. Hazırda “Qalatasaray”, “Başakşehir” və “Kasımpaşa” komandaları 12 xalla çempionatda birinci, ikinci, üçüncü yerləri bölüşürlər. “Beşiktaş” isə turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…