Futbol üzrə Türkiyə Superliqasının V turunun ilk qarşılaşmasında “Konyaspor” səfərdə “Göztəpə”nin qonağı olub.Azərtac xəbər verir ki, “Bornova” stadionunda baş tutan görüş tərəflərin qarşılıqlı hücumları ilə yadda qalıb. Lakin görüşün birinci hissəsində qol vurulmayıb. İkinci hissədə oyunun 50-ci dəqiqəsində meydan sahibləri azlıqda qalıblar. Andre Pokoya kobud oyununa görə hakim qırmızı vərəqə göstərib. Lakin “Göztəpə” 76-cı dəqiqədə hesabı açmağa nail olub. “Konyaspor”un müdafiəçisi Marin Anicicin öz qapısı qarşısında kobud oyununa görə hakim 11 metrlik cərimə zərbəsi təyin edib. Alpaslan Öztürk cərimə zərbəsini dəqiq yerinə yetirib. Beləliklə “Göztəpə” doğma meydanda “Konyaspor”u 1:0 hesabı ilə məğlub edib.Bu oyundan sonra “Göztəpə” çempionatda 5 xalla 12-ci pillədə qərarlaşıb. “Konyaspor” isə 6 xalla 9-cu olub.Turun digər qarşılaşmaları sentyabrın 21, 22 və 23-də keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…