Oktyabr 21-də futbol üzrə Türkiyə Superliqasının VIII turunun son oyununda “Yeni Malatyaspor” səfərdə “Konyaspor”un qonağı olub.Azərtac xəbər verir ki, “Konya Böyük Şəhər” stadionunda baş tutan görüş hər iki tərəfin maraqlı oyunu ilə yadda qalıb. Qarşılaşmanın 1-ci dəqiqəsində meydan sahibləri azlıqda qalıb. Sərkan Kırıntılı qırmızı vərəqə alaraq meydandan qovulub. Cəmi 3 dəqiqə sonra qonaqların yarımmüdafiəçisi Güilherme komandasını hesabda irəli keçirib. Birinci hissə elə bu hesabla bitib. Malatya təmsilçisi bir daha matçın 52-ci dəqiqəsində fərqlənib. Robin Yalçın oyunda son nöqtəni qoyub.Beləliklə “Yeni Malatyaspor” səfərdə “Konyaspor”u 0:2 hesabı ilə məğlub edib.VIII turun son oyunundan sonra turnir cədvəlində “Alanyaspor” 17 xalla liderdir. “Trabzonspor” çempionatda 15 xalla ikinci, “Fənərbağça” isə 14 xalla üçüncü pillədə qərarlaşıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…