Futbol üzrə Türkiyə Superliqasının XV turunda

11 Dekabr 2018 12:59

Xəbər 711 dəfə oxunub

Dekabrın 10-da futbol üzrə Türkiyə Superliqasının XV turunda çempionatın vahid lideri “Başakşəhər” səfərdə “Ankaragücü” ilə qarşılaşıb.Azərtac xəbər verir ki, çempionatın ən az qol buraxan komandası olan “Başakşəhər” rəqibinə minimal hesabla qalib gəlib – 1:0. Matçda yeganə qolu 8-ci dəqiqədə Edin Viska vurub.Bu matçdan sonra İstanbul komandası xallarının sayını 33-ə yüksəldib və turnir cədvəlində ilk pillədəki yerini möhkəmləndirib. O, ən yaxın izləyicisi olan “Kasımpaşa”dan yeddi xal irəlidədir.İkinci sıradakı “Kasımpaşa” (26 xal) son sıralarda qərarlaşmış “Kayserispor”u qəbul edib. Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Kasımpaşa” öz meydanında xal itirməsinə baxmayaraq ikinci pillədəki mövqeyini qoruyub.Xatırladaq ki, bu tur çempionluq uğrunda yarışan komandalardan “Beşiktaş” səfərdə “Alanyaspor”la (0:0), “Qalatasaray” isə öz meydanında “Rizespor”la (2:2) heç-heçə edərək çempionatda vacib xallar itiriblər.Autsayderlər sırasında qərarlaşmış “Fənərbağça” isə səfərdə “Akhisar”a böyük hesabla uduzub – 3:0.Hazırda turnir cədvəlində üçüncü yerdə olan “Antalyaspor”un 26 xalı var. “Beşiktaş” isə 25 xalla dördüncüdür.xeber100.com