Mayın 13-də futbol üzrə Türkiyə Superliqasının XXXII turuna yekun vurulub.Azərtac xəbər verir ki, turnir cədvəlinin üçüncü pilləsində yer alan “Beşiktaş” “Vodafon Park Stadionu”nda “Alanyaspor”u qəbul edib.Çempionluq uğrunda mübarizə aparan İstanbul komandası qarşılaşmada rəqibinə 2:1 hesabı ilə qalib gəlib.Oyunda hesabı 11-ci dəqiqədə Adem Lyajiçin vurduğu qolla meydan sahibləri açıblar. 45-ci dəqiqədə isə beşiktaşlı Caner Erkin topu öz qapısından keçirib. Birinci hissə 1:1 hesabı ilə heç-heçə başa çatıb.İkinci hissədə hücumlarını çoxaldan meydan sahibləri hesab arasındakı fərqi artırıblar. Matçın 55-ci dəqiqəsində portuqaliyalı futbolçu Rikardo Qvarejma komandasının qələbə topunu vurub.Beləliklə, bu oyundan sonra xallarının sayını 62-yə çatdıran baş məşqçi Şenol Günəşin yetirmələri Türkiyə çempionatında üçüncü sıradakı mövqelərini möhkəmləndiriblər. “Beşiktaş” komandası növbəti həftə səfərdə “Trabzonspor”la oynayacaq.Hazırda turnir cədvəlində “Qalatasaray” və “Başakşəhər” 66 xalla birinci-ikinci yerləri bölüşürlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…