Futbol üzrə Azərbaycan Premyer Liqasında üçüncü turun son oyunu keçirilib.Azərtac xəbər verir ki, ötən mövsümün çempionu, UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” ilə ötən çempionatın gümüş mükafatçısı “Qəbələ” klubu turun mərkəzi oyununda qarşılaşıblar.“Azərsun Arena”da keçirilən görüşdə Ağdam təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib. Baş hakim Fariz Yusifovun idarə etdiyi qarşılaşmada hesabı ikinci hissədə Ağdam komandası açıb. Meydan sahiblərinin heyətində Ansi Aqollinin ötürməsindən sonra Mahir Mədətov 63-cü dəqiqədə topu başla qapıdan keçirib. Bundan altı dəqiqə sonra qəbələlilərin heyətində Stiven Monroz hesabı bərabərləşdirib. “Qarabağ” komandası matçın 73-cü dəqiqəsində Miçelin vurduğu qolla yenidən hesabda önə çıxıb. Oyunda başqa qol olmayıb və üçüncü turun son oyunu 2:1 hesabı ilə “Qarabağ”ın qələbəsi ilə başa çatıb. Bu oyundan sonra “Qarabağ” komandası xallarının sayını doqquza çatdırıb.Günün ilk oyununda altı xala malik “Zirə” komandası “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib və doqquz xalla turnir cədvəlinin vahid lideri olub.Xatırladaq ki, avqustun 25-də həftənin açılış oyununda “İnter” evdə “Səbail”i 1:0 hesabı ilə məğlub edib. “Neftçi” isə paytaxtda “Kəpəz”lə heç-heçə edib – 0:0.Beləliklə, üçüncü turdan sonra turnir cədvəlində “Zirə” komandası Ağdam klubu ilə birlikdə turnir cədvəlində birinci, ikinci yerləri bölüşür. “Qəbələ” klubu altı xalla üçüncü pillədə qərarlaşıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…