Futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsində

5 Avqust 2017 11:23

Xəbər 821 dəfə oxunub

“Qarabağ” komandasının futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsində Danimarka çempionu “Kopenhagen” klubu ilə keçirəcəyi oyunların tarixləri müəyyənləşib.Azərtac UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, bu komandalar arasında ilk görüş avqustun 15-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.Cavab matçı isə avqustun 23-də Kopenhagen şəhərindəki “Telia Parken” stadionunda oynanılacaq.xeber100.com