Sentyabrın 5-də futbol üzrə UEFA Millətlər Liqasının ilk turunda Bakıda Lüksemburq yığmasını qəbul edəcək milli komandamızın təlim-məşq toplanışı davam edir.Azərtac xəbər verir ki, klubların heyətində avrokuboklarda çıxış edən futbolçular matçlardan dərhal sonra yığmaya qoşulublar. Yeganə legioner Renat Dadaşovdan başqa bütün futbolçular UEFA Millətlər Liqasının hazırlıqlarına başlayan Azərbaycan yığmasının düşərgəsindədirlər. İsveçrənin “Qrashoper” klubuna transfer olunan R.Dadaşov isə sentyabrın 1-nə keçən gecə Bakıya gələcək.Millimizin üzvləri koronavirus testindən də keçiblər.Qeyd edək ki, Əmir Ağayev (“Atromitos”, Yunanıstan) FIFA-dan milliləşdirməyə razılıq qərarının hələ verilməməsi, Eddi İsrafilov (“Albasete”, İspaniya) və Dmitri Nazarov (“Ertsgebirge”, Almaniya) isə koronavirus pandemiyası ilə əlaqədar test və karantin prosedurları üzündən hazırlığa qatıla bilməyiblər.Azərbaycan yığması Millətlər Liqasında ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburq seçməsinə qarşı keçirəcək. Millimiz üç gün sonra isə Kiprin qonağı olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…