Futbol üzrə UEFA Millətlər Liqasının 2020-2021-ci illər mövsümünün ikinci turunun növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, turun ikinci oyun günündə A, B və C liqalarında ümumilikdə 8 qarşılaşma baş tutub.Turun mərkəzi qarşılaşması “Yoxan Kroyff Arena”da stadionunda olub. Niderland millisi öz meydanında İtaliya seçməsini qəbul edib. Görüş italyanlıların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qol matçın 45-ci dəqiqəsində vurulub. Ciro İmmobilenin cinah ötürməsini Nikolo Barella dəqiq baş zərbəsi ilə tamamlayıb.Birinci turda Niderland millisi Polşa komandasını (1:0) məğlub edib. İtaliya seçməsi isə ev oyununda Bosniya və Herseqovina millisi ilə heç-heçə edib – 1:1.Günün digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
A liqası (1-ci qrup)
Bosniya və Herseqovina – Polşa – 1:2.
B liqası (1-ci qrup)
Avstriya – Rumıniya – 2:3;
Şimali İrlandiya – Norveç – 1:5.
B liqası (2-ci qrup)
Çexiya – Şotlandiya – 1:2;
İsrail – Slovakiya – 1:1.
C liqası (4-cü qrup)
Qazaxıstan – Belarus – 1:2;
Albaniya – Litva – 0:1.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Kipr seçməsinin qonağı olacaq. Yığma komandamız birinci turda Bakıda Lüksemburq yığmasına məğlub olub (1:2). Kipr isə səfərdə Monteneqro seçməsinə uduzub – 0:2.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…