Futbol üzrə V tura yekun vurulub

18 Sentyabr 2017 12:18

Xəbər 1513 dəfə oxunub

Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura bu gün keçirilmiş 2 oyunla yekun vurulub.Azərtac xəbər verir ki, turun son qarşılaşmasında “Qəbələ” səfərdə debütant “Səbail”lə görüşüb. Matçdan qonaqlar qalib ayrılıb – 3:1. İlk yarının sonlarında “Qəbələ”dən Baqali Dabo fərqlənib. 55-ci dəqiqədə Vüqar Nadirov bərabərlik qolunu vursa da, tezliklə Asif Məmmədov “qırmızı-qaralar”ı yenidən önə çıxarıb. Oyunda son nöqtəni isə uzatma dəqiqələrində Dabo qoyub.Bununla da “Qəbələ” xallarını 10-a çatdırıb və 3-cü pillədə qalıb. Cəmi 3 xalı olan “Səbail” isə 6-cıdır.xeber100.com