Futbol üzrə XIII turun oyun cədvəli müəyyənləşib

23 Noyabr 2017 13:24

Xəbər 845 dəfə oxunub

Futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turunun oyun cədvəli müəyyənləşib.Azərtac xəbər verir ki, iki günü əhatə edəcək turun açılış matçında – noyabrın 26-də “Kəpəz” klubu “Qəbələ”ni qəbul edəcək. Günün ikinci görüşündə “Neftçi” klubu “Keşlə” ilə qarşılaşacaq.Turun ikinci günündə isə “Sumqayıt” və “Səbail” klubları üz-üzə gələcəklər. Turun sonuncu qarşılaşmasında “Qarabağ” səfərdə “Zirə”nin qonağı olacaq.Qeyd edək ki, turnir cədvəlinə 28 xalla “Qarabağ” başçılıq edir. “Zirə” klubu 27 xalla ikinci pillədədir. İlk üçlükdə isə 25 xalla “Qəbələ” qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (16), “Neftçi” (13 xal), “Səbail” (12), “Keşlə” (8) və “Kəpəz” (7) yer alıblar.xeber100.com