İyunun 25-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının on ikinci günündə “A” və “B” qruplarında üçüncü turun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, günün ilk oyunlarında “A” qrupunda yer alan dünya çempionatının ev sahibi Rusiya və Uruqvay, Səudiyyə Ərəbistanı və Misir komandaları üz-üzə gələcəklər.Rusiya-Uruqvay görüşü “A” qrupunun liderini müəyyənləşdirəcək. Görüş “Samara Arena”da keçiriləcək. Rusiya və Uruqvay komandaları bu vaxta kimi üç dəfə qarşılaşıblar. İki oyunda qalib tərəf Uruqvay, bir dəfə isə Rusiya millisi olub. Görüşü seneqallı Malanq Diyedu idarə edəcək.Ümumiyyətlə, Rusiya millisi dünya çempionatlarının final mərhələlərində 1994-cü, 2002-ci və 2014-cü illərdə çıxış edib. Rusiyalılar ev sahibliyi etdikləri mundiala qədər dünya çempionatlarında sonuncu qələbəni 2002-ci ildə Tunis üzərində qazanıblar – 2:0.İki dəfə dünya çempionu olan Uruqvay yığması (1930 və 1950) indiyədək 12 mundialda çıxış edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…