Fevralın 11-də futbol üzrə İngiltərə Premyer Liqasının XXVII turu çərçivəsində üç oyun keçirilib.Azərtac xəbər verir ki, çempionatda ikinci pillədə qərarlaşan “Mançester Yunayted” komandası səfərdə “Nyukasl Yunayted”lə qarşılaşıb. Oyun meydan sahibərinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. “Nyukasl Yunayted”in heyətində 65-ci dəqiqədə Mat Riçi fərqlənib. Bu nəticədən sonra ikinci sıradakı “Mançester Yunayted”lə çempionatın lideri “Mançester Siti” arasındakı xal fərqi 16-ya çatıb.Günün digər oyununda dördüncü sırada yer alan “Liverpul” rəqib meydanında “Sauthempton”la görüşüb. Matçda “Liverpul” rəqibini 2:0 hesabı ilə məğlub edib. Görüşün 6-cı dəqiqəsində “Liverpul”un futbolçusu Firmino hesabı açıb. Otuz altı dəqiqə sonra Məhəmməd Salah hesab arasındakı fərqi artırıb – 2:0. “Liverpul”un futbolçularının bu əzmkar qələbəsindən sonra komanda xallarının sayını 54-ə çatdıraraq turnir cədvəlində “Tottenhem”i qabaqlayaraq üçüncü pilləyə yüksəlib.Bu gün keçirilən ilk qarşılaşmada “Haddersfild” komandası “Bornmut”a böyük hesabla qalib gəlib – 4:1 .Qeyd edək ki, hazırda İngiltərə çempionatında turnir cədvəlinə 72 xalla “Mançester Siti” liderlik edir. “Mançester Yunayted” 56 xalla ikinci, “Liverpul” 54 xalla üçüncü, “Tottenhem” 52 xalla dördüncü pillədə yer alıblar. Bir oyun az keçirən “Çelsi” isə 50 xalla beşinci sıradadır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…