Futbol üzrə yoldaşlıq oyunu keçirilib

15 Fevral 2017 10:49

Xəbər 784 dəfə oxunub

Tbilisidə təlim-məşq toplanışında olan futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Gürcüstan yığma komandası ilə yoldaşlıq oyunu keçirib.AFFA-dan Azərtac-a bildiriblər ki, Sona Rəhimovanın vurduğu qol sayəsində yığmamız 1:0 hesabı ilə qələbə qazanıb.Xatırladaq ki, bu komandalar arasında keçirilmiş ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.xeber100.com