Futbolçular arasında keçirilən dünya çempionatının finalçıları bəlli olub

16 Avqust 2023 13:17

Xəbər 385 dəfə oxunub

Avstraliyada qadın futbolçular arasında keçirilən dünya çempionatının finalçıları bəlli olub. Sidneydəki “Avstraliya” stadionunda baş tutan ikinci yarımfinal oyununda Avstraliya və İngiltərə milli komandaları qarşılaşıblar. Rəqibinə 3:1 hesabı ilə qalib gələn Avropa təmsilçisi finala vəsiqə qazanaraq İspaniyaya rəqib olub.

Qeyd edək ki, həlledici qarşılaşma avqustun 20-də keçiriləcək.xeber100.com