Futbolçular arasında yarımfinal oyunları keçirilib

2 Aprel 2018 13:35

Xəbər 657 dəfə oxunub

İtaliyada keçirilən 13 yaşadək futbolçular arasında Qallini dünya kubokunda yarımfinal oyunları keçirilib.Azərtac xəbər verir ki, ardıcıl 5 qələbə ilə bu mərhələyə yüksələn “Qəbələ” İngiltərənin “Uimbldon” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə görüşüb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. “Qırmızı-qaralar”ın qoluna Elmir Hüseynli imza atıb. Finalçının adına penaltilər seriyası aydınlıq gətirib. Zərbələri daha dəqiq yerinə yetirən ingiltərəlilər 5:4 hesablı qələbə qazanıblar.“Qəbələ” aprelin 2-də keçiriləcək 3-cü yer uğrunda oyunda Sloveniyanın “Bravo” komandası ilə üz-üzə gələcək. Yarışın qalibi adı uğrunda matçda isə “Uimbldon” və İtaliya “Udineze”si mübarizə aparacaq.xeber100.com