Futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb

31 Mart 2023 14:21

Xəbər 68 dəfə oxunub

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

AFFA xəbər verir ki, Türkiyə ilə keçiriləcək yoldaşlıq görüşlərinə 23 oyunçu çağırılıb.

Millimizin heyətində Aytac Şərifova, Nərgiz Hacıyeva (hər ikisi “Trabzonspor”, Türkiyə), Günay İsmayılova, Sona Rəhimova, Vüsalə Hacıyeva, Vüsalə Seyfəddinova (hamısı “Amedspor”, Türkiyə), Nərgiz Əliyeva, Jalə Məhsimova (hər ikisi “KDZ Ereğli Bələdiyyə Spor”, Türkiyə), Göknur Güləryüz, Nazlıcan Parlak (hər ikisi “Fənərbağça”, Türkiyə), Ayşən Əhmədova (“Fomget ve Genclik Spor”, Türkiyə), Kamilla Məmmədova, Coşqunə Əliyeva (hər ikisi “Kayseri””, Türkiyə), Kristina Bakarandze (“Qalatasaray”, Türkiyə), Yeliz Acar, Peritan Bozdağ, Bilge Su Koyun (hamısı “Fatih Vatan”, Türkiyə), Esra Manya (“Beşiktaş”, Türkiyə), Nigar Mirzəliyeva (“Zenit”, Rusiya), Diana Məmmədova (“Yenisey”, Rusiya), Sevinc Cəfərzadə (“Krasnodar”, Rusiya), Manə Mollayeva və Firəngiz Teymurova (8 – İOEUGiM) yer alıblar.

Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında yoldaşlıq oyunları aprelin 8-də və 11-də “Dalğa Arena”da keçiriləcək.xeber100.com

Taekvondo üzrə 26-cı dünya çempionatına yekun vurulub

Bakıda təşkil olunan taekvondo üzrə 26-cı dünya çempionatına iyunun 4-də yekun vurulub. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov dünya çempionatının keçici bayrağını Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çuya təqdim edib. Dünya Taekvondo Federasiyasının rəsmisi isə bayrağı 2025-cü ildə dünya çempionatına ev sahibliyi edəcək Çin Taekvondo Federasiyasının nümayəndəsinə verib. Çunqvon Çu taekvondo üzrə 26-cı dünya çempionatının yüksək təşkilatçılığına görə minnətdarlığını bildirib və yarışı bağlı elan edib. Çinin 2025-ci ildə dünya çempionatına ev sahibliyi etməsi barədə qərar Dünya Taekvondo Federasiyası Şurasının Bakıda keçirilən görüşündə qəbul olunub. Çinin Usi şəhəri dünya çempionatına ev sahibliyi uğrunda səsvermədə Sofiya (Bolqarıstan), Zaqreb (Xorvatiya) və Şarlott (ABŞ) şəhərlərini qabaqlayıb. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. Dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizə aparıb. Dünya çempionu olan idmançı aktivinə 140 reytinq xalı əlavə edib. Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edib. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilib. Xatırladaq ki, Bakının yarışa ev sahibliyi etməsi barədə qərar ötən il qəbul olunub. Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərindəki inzibati binasında təşkil olunan və qurumun prezidenti Tomas Baxın qatıldığı yığıncaqda bu yarış üçün 3 ölkə namizədliyini irəli sürsə, Bolqarıstan son anda müraciətini geri götürüb. Nəticədə dünya çempionatını qəbul etməyə Azərbaycan və Çin iddia edib. Beynəlxalq qurum ölkəmizin bir sıra nüfuzlu yarışlara, taekvondo üzrə Avropa çempionatına, Qran-Pri, Olimpiadaya lisenziya xarakterli təsnifat turnirlərinə uğurla ev sahibliyi etməsini nəzərə alaraq, dünya çempionatının keçirilməsini də Azərbaycana həvalə edib. Beləliklə, taekvondo üzrə dünya çempionatı MDB məkanında Rusiyadan sonra Azərbaycanda təşkil olunub. Eyni zamanda, Azərbaycan Avropada Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra dünya çempionatına ev sahibliyi edən yeddinci ölkədir.xeber100.com

İyun 4, 2023 15:08