Futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub

22 Aprel 2022 15:36

Xəbər 345 dəfə oxunub

Bakıda təlim-məşq toplanışı keçirəcək 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.AFFA-nın saytının verdiyi məlumata əsasən, “Qəbələ” klubunun üzvü Okan Təhməzli zədə səbəbindən toplanışda iştirak edə bilməyəcək. Onun əvəzinə “Səbail” klubunun üzvü Yaqub Yusubov hazırlıq prosesinə cəlb olunub.Qeyd edək ki, U-18-in toplanışı əvvəldən nəzərdə tutulduğu kimi aprelin 23-dən deyil, 24-dən başlayacaq.xeber100.com