Futbolçulardan ibarət Azərbaycan millisinin iki oyun üçün heyəti açıqlanıb

20 Oktyabr 2023 14:48

Xəbər 442 dəfə oxunub

Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Farer adaları və Monteneqro seçmələri ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb. AFFA-nın rəsmi saytı xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov 23 oyunçuya dəvət göndərib. Milli komanda həmin matçlara hazırlıq məqsədilə oktyabrın 23-də Farer adalarında təlim-məşq toplanışına başlayacaq.

Qeyd edək ki, oktyabrın 27-də səfərdə Farer adalarının qonağı olacaq Azərbaycan millisi dörd gün sonra “Dalğa Arena”da Monteneqronu sınağa çəkəcək.xeber100.com