Futbolçulardan ibarət millimiz yoxlama görüşləri keçirəcək

11 Avqust 2023 13:27

Xəbər 355 dəfə oxunub

On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Monteneqro ilə yoxlama görüşləri keçirəcək.

AFFA-nın rəsmi saytı xəbər verir ki, oyunların tarixi və yeri də artıq bəllidir.

Bakıda təlim-məşq toplanışına başlayan U-17 monteneqrolu həmyaşıdları ilə avqustun 15-də və 18-də üz-üzə gələcək.

Hər iki qarşılaşma “Dalğa Arena”da keçiriləcək və saat 18:30-da başlayacaq.xeber100.com