Futbolçulardan ibarət yığma komandalar arasında yoldaşlıq oyunu keçiriləcək

8 İyun 2018 13:30

Xəbər 630 dəfə oxunub

İyunun 8-də 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Macarıstan yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.Azərtac xəbər verir ki, Macarıstan yığmasının heyətinə 1997-1998-ci il təvəllüdlü futbolçular daxil edilib. “Dalğa Arena”da oynanılacaq qarşılaşmanı referi İnqilab Məmmədov idarə edəcək. Onun köməkçiləri Knyaz Əmiraslanov və Cəmil Quliyev olacaq. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.xeber100.com