Futbolçularının xatirəsinə həsr edilən yoldaşlıq oyunu keçiriləcək

7 Dekabr 2016 11:58

Xəbər 834 dəfə oxunub

Braziliyanın “Şapokoense” klubunun təyyarə qəzasında həlak olmuş futbolçularının xatirəsinə həsr edilən yoldaşlıq oyunu keçiriləcək.Azərtac xəbər verir ki, xeyriyyə məqsədilə təşkil edilən yoldaşlıq oyunu Braziliya və Kolumbiya yığmaları arasında olacaq. Oyundan əldə edilən gəlir qəzada dünyasını dəyişənlərin ailələrinə veriləcək.Qarşılaşmanın yanvarda “Marakana” stadionunda və ya “Şapokoense”nin meydanında keçirilməsi nəzərdə tutulub.Matçın keçiriləcəyi tarix və stadionun adı yaxın günlərdə müəyyənləşəcək.xeber100.com