Sentyabrın 24-də Bakı Olimpiya Stadionunda AFFA-nın təşkilatçılığı ilə 6-16 yaşlı qızlar arasında “Öz məqsədlərini yaşat” (“Live your goals”) festivalı təşkil olunacaq.AFFA-dan Azərtac-a bildirilib ki, FIFA-nın bayrağı altında təşkil olunan layihə ilk dəfə 2011-ci ildə Almaniyada keçirilən FIFA qadınlar arasında futbol üzrə dünya kuboku ərəfəsində reallaşıb. Layihənin məqsədi qadın futbolunun kütləviliyinin artırılması, qızların futbola cəlb olunması, onların futbolla mütəmadi şəkildə məşğul olmalarına zəmin yaradılması, xüsusilə bölgələrdə qadın futboluna marağın gücləndirilməsidir.“Öz məqsədlərini yaşat” layihəsi çərçivəsində Azərbaycanda ilk dəfə silsilə tədbirlər 2012-ci ildə 17 yaşadək qadınlar arasında dünya çempionatı ərəfəsində keçirilib. Həmin vaxt festival Bakı, Sumqayıt, Zaqatala, Quba, Şəki, Masallı, Qax, Xaçmaz, Qəbələ və digər şəhərlərdə müvəffəqiyyətlə keçirilib. Silsilə tədbirlərdə beynəlxalq futbol qurumlarının nümayəndələri ilə yanaşı, tanınmış qadın futbol veteranları da iştirak ediblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…