Futnet Federasiyasının təşkilatçılığı ilə yarış keçiriləcək

16 İyun 2019 12:06

Xəbər 583 dəfə oxunub

İyunun 16-da Bakıda Azərbaycan Futnet Federasiyasının təşkilatçılığı ilə futvolley üzrə Azərbaycan kuboku yarışı keçiriləcək.Federasiyanın mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, yarışda 6 komanda iştirak edəcək.Turnir dairəvi sistem üzrə təşkil ediləcək. Sonda ən yüksək xal toplamış komanda qalib olacaq.Qeyd edək ki, iyulda futvolley üzrə Azərbaycan çempionatı, avqustda isə ənənəvi beynəlxalq tunir təşkil olunacaq. Beynəlxalq turnirdə 20-dən çox ölkənin komandaları mübarizə aparacaq.xeber100.com