“Marafon” idman klubunda futtennis üzrə Azərbaycan Super Liqasının “A” qrupunda yer alan komandalar növbəti oyunlarını keçiriblər.Azərtac xəbər verir ki, üçüncü tur çərçivəsində paytaxt “Atletiko”su ilə üz-üzə gələn “Yeni Günəşli” inamlı qələbə qazanıb – 2:0. Super Liqanın iddialı klublarından olan “Marafon” NUR ilə görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb. “Yasamal”-“Xilə” matçı da eyni hesabla yekunlaşıb.Dördüncü turda futtennis üzrə Azərbaycan kuboku yarışlarının finalçısı olan “Marafon” güclü heyətə malik “Yeni Günəşli” qarşısında tab gətirə bilməyib – 1:2. Gün ərzində ikinci dəfə mübarizəyə atılan “Atletiko” isə “Yasamal” ilə bacara bilməyib – 0:2. Üçüncü turda qalib gələ bilməyən “Xilə” bu dəfə də məğlubiyyətlə barışıb. Heyətində futbol üzrə yığma komandamızın sabiq forvardı Fərid Quliyevin çıxış etdiyi NUR komandası rəqibini 2:1 hesabı ilə məğlub edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…