Bu gün futzal üzrə Azərbaycan kuboku yarışlarında 2018/2019-cu il mövsümünə start veriləcək. Bu dəfə mübarizə 1/32 final mərhələsindən başlayacaq.Azərtac Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, reqlamentə əsasən, Birinci və İkinci liqa komandaları bir-birinə rəqib olacaq. Oyunlar 3 gün ərzində – yanvarın 11-də, 12-də və 13-də “Olimpik Star”da keçiriləcək. Bu mərhələnin qalibləri daha sonra 1/16 finalda rəqib olacaqlar. Yüksək Liqa iştirakçıları 1/8 finaldan başlayaraq kubok oyunlarında iştirak edəcəklər.İlk oyun günündə “Green Log”-“Baker Tilly”, U-19–“Advokat”, “Şərq”–“Borçalı” və ADBTİA-“Baker Hughes” qarşılaşmaları keçiriləcək.Əvvəlki 24 kubok mövsümündə 10 komanda yarışın qalibi olub. Müxtəlif adlarla çıxış edən “Neftçi” hamıdan çox – 6 dəfə kuboku başı üzərinə qaldırıb. “Araz” 5 dəfə bu mükafata sahib olub. Digər kubok sahiblərindən EKOL 3, “Avtomobilçi”, “Azərneftyanacaq” və “Gömrükçü” hərəyə 2 dəfə kubokun qalibi adına yiyələnib. Dörd komanda isə bir dəfə belə uğura nail olub. “Nabspor”, “Turan AİR”, “Fənər” və “Marafon Futsal” mövsümündə kuboku qazanıb. Maraqlıdır ki, kubokun son qalibi, eləcə də finalçı komanda cari mövsümdə iştirak etmir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…