Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində…

29 Yanvar 2017 13:48

Xəbər 805 dəfə oxunub

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan millisinin çıxış edəcəyi ikinci qrupda mübarizə aparacaq dördüncü komanda müəyyənləşib.Azərtac xəbər verir ki, ilkin seçmə mərhələnin “D” qrupunda 1-ci yeri tutmuş Albaniya yığması 2017-ci il aprelin 3-dən 12-dək Bakıda keçiriləcək əsas seçmə mərhələdə çıxış etmək hüququ qazanıb.Xatırladaq ki, millimizin digər rəqibləri Macarıstan və Bosniya və Herseqovina yığmalarıdır.xeber100.com