Futzal üzrə FIFA referisi UEFA-dan yeni təyinat alıb

4 Sentyabr 2023 12:35

Xəbər 433 dəfə oxunub

Azərbaycanın futzal üzrə FIFA referisi Hikmət Qafarlı UEFA-dan yeni təyinat alıb.

Federasiyadan verilən məlumata görə, o, 19 yaşadək futzalçılardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının final mərhələsində keçiriləcək Fransa – Portuqaliya oyununun birinci hakimi olacaq.

Bakı vaxtı ilə saat 20:00-da start götürəcək matçda H.Qafarlıya Mariya Mislovska (Ukrayna) və Çiara Perona (İtaliya) kömək edəcək.

Hakim-inspektor isə italiyalı Massimo Çumbo olacaq.xeber100.com