Futzal üzrə növbəti yoldaşlıq oyunu keçirilib

31 Mart 2017 10:56

Xəbər 843 dəfə oxunub

Martın 30-da Bakıda futzal üzrə Azərbaycan və Moldova milli komandaları arasında növbəti yoldaşlıq oyunu keçirilib.Azərtac xəbər verir ki, Bakı İdman Sarayında keçirilən görüşdə millimiz rəqibini 3:2 hesabı ilə məğlub edib. Faiq Əliyevin dubl etdiyi oyunda yığmamızın digər qolunu Kardosa Everton vurub.Oyunu FIFA referiləri Elçin Səmədli və Ramil Namazov idarə ediblər.Xatırladaq ki, bu komandalar arasında martın 29-da keçirilmiş ilk yoldaşlıq oyunu yığmamızın 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.xeber100.com