Yanvarın 21-də və 22-də Bakı İdman Sarayında futzal üzrə Azərbaycan millisi ilə yoldaşlıq oyununda qarşılaşacaq Özbəkistan yığmasının heyəti açıqlanıb.Azərtac Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, təlim-məşq toplanışına başlayan rəqib yanvarın 19-dək Daşkənddə hazırlıq keçəcək. Komanda Bakıya yanvarın 19-da gələcək və 23-dək paytaxtımızda qalacaq.Baş məşqçi Bahodir Ahmedov 20 futzalçıya dəvət göndərib ki, onlardan 4-ü qapıçıdır. Heyətdə qapıçılar – Rustam Umarov (AGMK), Ravşan Eliboyev (Paxtakor), Klim Tyugaev və Abbos Elmuradov (hər ikisi Lokomotiv), oyunçular – Anasxon Rahmatov, İxtiyar Ropiyev, Maşrab Adilov, İlham Hamroev, Husniddin Nişonov, Dilşad Rahmatov, Əkbər Usmanov (hamısı AGMK), Davron Çoriyev, Dilmurod Şavkatov (hər ikisi Paxtakor), Sunnatilla Jorayev (Nasaf), Konstantin Sviridov, Javlon Anorov (hər ikisi Maksam-Çirçiq), Artur Yunusov, Abdulla Solihov (hər ikisi Lokomotiv), Xuşnur Erkinov (Sogdiyona) və Şohzod Sadiyev (Dinamo) yer alıblar.xeber.100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…