Futzal üzrə qrup oyunları çərçivəsində…

9 Aprel 2017 11:12

Xəbər 816 dəfə oxunub

Futzal üzrə Avropa çempionatının əsas mərhələsinin qrup oyunları çərçivəsində aprelin 8-də Bakı İdman Sarayında Azərbaycan milli komandası Bosniya və Herseqovina yığması ilə qarşılaşıb. Qarşılaşma 5:4 hesabı ilə millimizin xeyrinə başa çatıb.Azərtac xəbər verir ki, baş məşqçi Biro Jadenin rəhbərlik etdiyi yığmamızın heyətində Teles Martins Tyaqo het-trik edib. Eduardo Mello Borges və Kardoso Everton isə hərəyə bir dəfə fərqləniblər.Oyunu Timo Onatsu (Finlandiya), Lars Van Leuven (Hollandiya) və Kostas Nikolaou (Kipr) idarə ediblər.Qrupdakı digər oyunda Macarıstan millisi Albaniya yığmasını 4:3 hesabı ilə məğlubiyyətə uğradıb.Komandamız növbəti oyununu aprelin 9-da saat 18:30-da Bakı İdman Sarayında Albaniya yığmasına qarşı keçirəcək.xeber100.com