Futzal üzrə yoldaşlıq oyununun hakimləri müəyyənləşib

30 Mart 2017 13:04

Xəbər 827 dəfə oxunub

Futzal üzrə Azərbaycan və Moldova milli komandaları arasında martın 30-da keçiriləcək növbəti yoldaşlıq oyununu FIFA referiləri Elçin Səmədli və Ramil Namazov idarə edəcəklər.Azərtac xəbər verir ki, üçüncü hakim funksiyasını Hikmət Qafarlı yerinə yetirəcək.Bakı İdman Sarayında oynanılacaq görüş saat 18:30-da başlayacaq.Komandalar arasında martın 29-da keçirilən ilk qarşılaşmada millimiz 6:1 hesabı ilə qələbə qazanıb.Futzal üzrə yığmamız apreldə Avropa çempionatının əsas seçmə mərhələsinin Bakıda keçiriləcək ikinci qrupunun oyunları çərçivəsində Bosniya və Herseqovina, Albaniya və Macarıstan komandaları ilə “Avro-2018”in final mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.xeber100.com