Futzal üzrə Yüksək Liqada IX turun oyun cədvəli açıqlanıb

29 Noyabr 2022 10:36

Xəbər 341 dəfə oxunub

Futzal üzrə Yüksək Liqada IX turun oyun cədvəli açıqlanıb.Azərbaycan Futzal Federasiyası xəbər verir ki, görüşlər dekabrın 1-də “Olimpik Star”da keçiriləcək.Tur çərçivəsində “Baku Fire” – “Record”, “Neftçi” – “Araz-Naxçıvan” və U-19 – “Alyans Lənkəran” görüşləri oynanılacaq.Qeyd edək ki, turnir cədvəlinə 24 xalla “Araz-Naxçıvan” komandası başçılıq edir. “Baku Fire” və “Neftçi” 16 xalla ikinci-üçüncü pillədə yer alıblar. “Record” 9 xalla dördüncü, “Alyans” 3 xalla beşinci, hələ xal qazana bilməyən U-19 isə sonuncudur.xeber100.com