Dekabrın 13-də futzal üzrə Yüksək Liqada XIII turun oyunları keçirilib.Azərtac xəbər verir ki, turun “Neftçi”–EKOL oyunundan əvvəl AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik, komitənin departament rəhbəri Cavid Cəlilov, Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Rəmiş Malıyev, oyunun hakim-inspektoru Murad Məmmədov, EKOL komandasının rəhbərliyi FIFA referisi Elçin Səmədliyə hakimlik karyerasını başa vurması ilə əlaqədar təşəkkürnamə və xatirə hədiyyələri təqdim ediblər.Elçin Səmədli 2003-cü ildən hakimlik fəaliyyətinə başlayıb. Müxtəlif liqalarda oyunlar idarə edən referi 2006/2007-ci illərdə Premyer Liqa matçlarına təyinat alıb. 2007-ci ilin ikinci yarısından sırf futzal hakimi kimi fəaliyyət göstərən E.Səmədli 2008-2018-ci illərdə futzal üzrə FIFA referisi olub.İndiyədək futzal üzrə ölkə çempionatının müxtəlif liqalarında, eləcə də Azərbaycan kuboku yarışında 1150-dən çox oyun idarə etmiş referi FIFA və UEFA-nın 83 rəsmi oyununa təyinat alıb. E.Səmədli UEFA-nın I kateqoriyasına qədər yüksəlməyi bacarıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…