Futzal üzrə Yüksək Liqanın XVIII turuna start verilib

5 Mart 2020 14:56

Xəbər 484 dəfə oxunub

Martın 5-də futzal üzrə Yüksək Liqanın XVIII turuna “Xızı”-EKOL oyunu ilə start verilib.Azərtac xəbər verir ki, “Olimpik Star”da təşkil olunan oyunda EKOL 6:5 hesabı ilə qalib gəlib. EKOL-un heyətində Faiq Əliyev və Oktay Rüstəmli dubl ediblər, Samir Həmzəyev və Əsgər Abasov hərəyə 1 dəfə fərqləniblər. Digər komandanın qollarını Xəyal Quliyev (3 top), Fərid Abbaslı və Şahin Əliyev vurublar.Gün ərzində “Yasamal”-“Marafon”, “Bakı”-“Baku Fire”, “Premier”-“Neftçi” və “Araz”-“Record” matçları keçiriləcək.Qeyd edək ki, on yeddi turdan sonra hesabında 51 xal olan “Araz” komandası turnir cədvəlinə liderlik edir. Hesabında 39 xal olan “Marafon” və EKOL komandaları 2-3-cü pillədə qərarlaşıblar.xeber100.com