Futzal yarışlarının təxirəsalınma müddəti iki həftə uzadılıb

21 Aprel 2020 20:49

Xəbər 610 dəfə oxunub

Azərbaycan Futzal Federasiyası yüksək, birinci və ikinci liqaların, eləcə də ölkə kubokunun oyunlarının təxirə salınması müddətini mayın 4-dək uzadıb.Federasiyadan Azərtac-a bildiriblər ki, bu addım Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin mayın 4-dək uzadılması səbəbindən atılıb.Oyunların başlanma tarixi barədə federasiyanın saytında əlavə məlumat veriləcək.xeber100.com