Mayın 13-də “Gələcək naminə tərəfdaşlıq” XI Belarus Beynəlxalq mediaforumunun sonuncu günü ölkənin Milli Olimpiya Komitəsinin Olimpiya Şöhrəti Zalında keçirilən plenar iclasla başlayıb. İclas iştirakçıları zalda təşkil edilmiş “Gələcək naminə tərəfdaşlıq” fotosərgisinə tamaşa ediblər. Sərgidə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxtəlif fotoşəkillərindən ibarət ekspozisiya nümayiş etdirilib. Sonra Belarusun informasiya naziri Liliya Ananiç, Belarus Prezidenti Administrasiyasi başçısının müavini İqor Buzovski, MDB İcraiyyə Komitəsinin sədri, icraçı katib Sergey Lebedev, İttifaq dövlətinin dövlət katibi Qriqori Rapota və RF rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Aleksey Volin mediaforumun iştirakçılarını salamlayıblar. Sonra elə həmin zalda “İyirmi beş il suveren inkişaf və inteqrasiya” mövzusunda panel diskussiyası keçirilib. Mediaforumun tədbirlərində Azərbaycan KİV-lərinin nümayəndələri – Azərbaycan Dövlət İnformasiya Agentliyinin xüsusi müxbiri Zeynal Ağazadə, “Bakinski raboçi” qəzetinin baş redaktorunun müavini İlqar İsmayılov, “Novosti-Azerbaydjan” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Gülnarə Məmmədzadə və “Kaspi” qəzetinin xüsusi müxbiri Nelli Hüseynova (Atəşgah) iştirak edir. Bu gün mediaforum çərçivəsində bir sıra yekun tədbirləri keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…