Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə Gəncədə “I Beynəlxalq Startup Akademiyası: Gəncə – 2016” layihəsi həyata keçiriləcək. Azərtac xəbər verir ki, “Gəncə – 2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində keçiriləcək tədbir oktyabrın 27-dən 30-dək davam edəcək. Azərbaycanda ilk dəfə yerli və əcnəbi gənclərin iştirakı ilə təşkil olunacaq tədbirin keçirilməsində məqsəd gənclərin asudə vaxtını səmərəli keçirməsi, dünyagörüşlərinin və motivasiyalarının artırılması, xüsusən də dövlətçilik düşüncələrinin formalaşdırılması, iş bacarıqlarının və psixoloji durumlarının yüksəldilməsidir. Həmçinin gənclərin innovasiyalar sahəsinə marağını artırmaq, yeni texnoloji layihələrin yaradılmasına dəstək olmaq, onları bu sahədə ilkin bilik və bacarıqlara yiyələndirmək, yerli və xarici iştirakçılar arasında ideya mübadiləsini stimullaşdırmaq, “startup” mədəniyyətini təbliğ etmək, potensial ideyaların reallaşdırılması məqsədilə beynəlxalq və yerli donorlar tərəfindən təcrübə və texniki dəstək imkanları yaratmaq da layihənin əsas hədəfləri arasındadır. Layihə çərçivəsində iştirakçılar üçün bir sıra təlimlər keçiriləcək və gənclərin “startup” ideyaları dəyərləndiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…