Mayın 4-də Gəncədə Heydər Əliyev Mərkəzində “Gəncə Avropa Gənclər Paytaxtı 2016” layihəsinin rəsmi açılış mərasimi keçiriləcək.apa-nın məlumatına görə, tədbiri giriş sözü ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açacaq. Açılış mərasimdə Prezident Administrasiyası, mərkəzi icra orqanların və Avropa Gənclər Forumunun nümayəndələri, “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin sədri, Avropa Gənclər Paytaxtları Şəbəkəsinin nümayəndəsi çıxış edəcək. Həmin gün Gənclər Evinin və “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin ofisinin açılışları da nəzərdə tutulub. Mayın 5-də Avropa Gənclər Paytaxtları Şəbəkəsinin görüşü keçiriləcək. Tədbiri giriş sözü ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı E. Vəliyev açacaq. Görüşdə Avropa Gənclər Paytaxtları Şəbəkəsinin baş katibi Andras Farkas , o cümlədən Braqa, Maribor, Saloniki, Kluj-Napoka, Vprna, Kaskais şəhərlərinin nümayəndələri çıxış edəcəklər. Həmin gün “Qadınlar zirvədə” layihəsinin də təqdimatı keçiriləcək. Təqdimat mərasimində Avropa Gənclər Forumunun prezidenti Yohanna Niman, o cümədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, millət vəkili Pərvin Kərimzadə, Avropa Gənclər Forumunun üzv təşkilatlarının beynəlxalq ekspertləri çıxış edəcəklər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…