Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşkilatçılığı ilə “Gənc sahibkarların bacarıqlarının artırılması” pilot layihəsi çərçivəsində təlimin keçirilməsinə başlanılıb. YAP GB-dən Azərtac-a bildiriblər ki, Birliyin əlaqələndiricisi Elmar Məmmədov Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətləri, dövlət proqramlarında gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə, yeni biznes və məşğulluq imkanlarının genişləndirilməsinə, fəaliyyətə yeni başlayan sahibkarlıq subyektlərinə dövlət dəstəyinin artırılmasına dair qarşıya qoyulan hədəflər barədə tədbir iştirakçılarına məlumat verib. Ekspert Arzu Qafarlı gənclərimizin sahibkarlıq fəaliyyəti ilə iqtisadiyyatımızın inkişafına dəstək olmalarının, onlara innovativ düşüncənin aşılanmasının və maarifləndirmələlərinin vacibliyinin bildirib. Qeyd edib ki, təlimin məqsədi bu sahədə çalışan gənclərə şəxsi biznesin qurulması və uğur qazanmaqda yardımçı olmaqdır. Təlimdə gənclərə biznes etikası və mədəniyyəti, biznes planın yazılması qaydaları, marketinqin əsasları, innovativ biznes ideyaları və onların həyata keçirilməsi mövzusundə təlim keçirilib. Sonda gənclər qruplara bölünərək əldə etdikləri biliklər üzrə müvafiq tapşırıqları yerinə yetiriblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…