“Gənclər kuboku” şahmat turniri keçiriləcək

6 May 2019 13:50

Xəbər 582 dəfə oxunub

“Xəzər Universiteti Şahmat Akademiyası”nın təşkilatçılığı ilə “Gənclər kuboku” şahmat turniri keçiriləcək.Azərtac xəbər verir ki, reytinq xarakterli komanda yarışı iyunun 3-dən 8-dək akademiyanın binasında təşkil ediləcək.Beynəlxalq Şahmat Federasiyasının (FIDE) qaydalarına əsasən, dairəvi sistem üzrə keçiriləcək yarış iki dövrədən ibarət olacaq. İlk dəfə keçiriləcək turnirdə hər birində iki şahmatçı olmaqla, 6 komanda iştirak edəcək.xeber100.com