“Gənclərin radikal dini təriqətlərə qoşulmasının qarşısının alınması” layihəsi çərçivəsində növbəti tədbir Bakının Nizami rayonundakı Namiq Həmzəyev adına 238 nömrəli məktəbdə keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Resurs” Gənclərin İnkişafı İctimai Birliyi tərəfindən təşkil olunub. Fonddan Azərtac-a bildiriblər ki, təhsil ocağının direktoru İlqar Talıbov, İctimai Birliyin sədri Samir Mehdizadə, rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova və digərləri çıxışlarında yeniyetmə və gənclər arasında dini maarifləndirmə işlərinin aparılmasının vacibliyini qeyd ediblər. Bildirilib ki, radikal dini təriqətlərin yayılmasına yol verməmək üçün gənclər elmə, təhsilə ciddi fikir verməli, geniş məlumatlı olmalıdırlar. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…