Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Təhsil Nazirliyi tərəfindən elan olunmuş təhsildə inkişaf və innovasiyalar birinci qrant müsabiqəsi çərçivəsində “Gəzək, görək, öyrənək” layihəsi çərçivəsində diskussiya dərsi təşkil edilib.İnstitutdan Azərtac-a bildirilib ki, böyük Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş diskussiyada Göyçay rayonunun orta məktəblərində təhsil alan şagirdlər iştirak ediblər.Diskussiyada Ədəbiyyat İnstitutunun direktor müavini professor Əlizadə Əsgərli, təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov, nizamişünaslıq şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Nüşabə Araslı və şöbənin digər əməkdaşları, qədim dövr şöbəsinin müdiri, professor İmamverdi Həmidov və Nizami Gəncəvi yaradıcılığının tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Hacı Siracəddin iştirak ediblər. Alimlər Nizami Gəncəvinin həyatı və yaradıcılığı, fəlsəfi dünyagörüşü, milli mənsubiyyəti ilə bağlı şagirdlərə ətraflı məlumat verib və onların suallarını cavablandırıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…