İyunun 15-də Yaponiyanın Naqano prefekturasında G20 ölkələri enerji nazirlərinin görüşü keçiriləcək.Görüşdə Yaponiya tərəfinin Ormuz boğazında göyərtəsində ona məxsus yüklər olan gəmilərə hücumla əlaqədar enerji təhlükəsizliyi məsələsini qaldıracağı da gözlənilir.Azərtac xəbər verir ki, bu boğaz Yaxın Şərq regionunda qlobal daşımanın əsas strateji kanallarından biridir. Yaponiya ehtiyacı olan neftin 90 faizini buradan daşıdığına görə həmin regiondan çox asılıdır.G20 ölkələrinin enerji və ətraf mühit nazirlərinin ikigünlük görüşü sabah Naqano prefekturasının Karuizava şəhərində başlayacaq. Yaponiya görüşə sədrlik edəcək.Görüş Yaxın Şərqdə əsas neft hasilatçılarından biri kimi tanınan İran ilə ABŞ arasında gərginlik fonunda keçiriləcək. Həmin görüşdə neft hasilatçısı olan daha bir ölkə – Səudiyyə Ərəbistanı da iştirak edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…